Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək

26 Oktyabr 2020 - 19:15

UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində keçiriləcək Azərbaycan-Monteneqro oyununun məkanı bəlli olub.

Matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki “Maksimir” stadionunda olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda təşkil olunacaq. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.