“Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb”-Vaqif Dərgahlıdan təkzib

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-inin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, – deyə V. Dərgahlı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mübariz Mənsimovn məhkəməsi martın 5-nə qədər təxirə salındı

Sonrakı məqalə

Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının İkinci Üçtərəfli Görüşü keçirilib