Azərbaycan ordusu gücünə görə Cənubi Qafqazda liderdir –

Beynəlxalq reytinq açıqlandı
28 Oktyabr 2021 - 23:23

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider ölkədir.

Bu barədə “Global Firepower” beynəlxalq nəşrinin 2021-ci il hərbi güc reytinqində bildirilir.

Azərbaycan ötən ilki mövqeyini saxlayıb: 140 ölkə arasında 63-cü pillədədir. Gürcüstan 92-ci, Ermənistan isə 100-cü pillədə qərarlaşıb.Reytinqin ilk beşliyinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya daxildir. Türkiyə reytinqdə 11-ci pillədə qərarlaşıb.(publika)