Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla görüşüb- FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.

Əvvəlki məqalə

Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti uzadılıb

Sonrakı məqalə

“ABŞ Arktikada Rusiya və Çinlə savaş hazırlığına başlayıb”