Azərbaycan Prezidentinə Cənubi Qafqazda sülh səylərini dəstəklədiyimi bildirdim- Misir lideri

“Görüşlərimizdə ikitərəfli və beynəlxalq məsələləri müzakirə etdik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi bildirib.

Misir Prezidenti deyib ki, Azərbaycan Prezidenti ilə görüşdə Qəzzaya Misirin yardımının artırılmasını, 1967-ci il sərhədində Fələstin dövlətinin qurulmasının vacibliyini müzakirə ediblər:

“Azərbaycan Prezidentinə Cənubi Qafqazda sülh səylərini dəstəklədiyimi bildirdim. Bu, region xalqları üçün böyük töhfə olacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.