Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan Rusiyaya nota verib

User 01 İyul 2025 - 18:42 (Last updated: 01 İyul 2025 - 18:42)
vəkili

vəkili

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşünə münasibət bildirib.

Ayxan Hacızadə deyib ki, 1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.

Onun sözlərinə görə, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib: “Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.

Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.

Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.

“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

 

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur”.

XİN rəsmisi qeyd edib ki, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib: “Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib.

Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.

Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.

Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib.

Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb”.

Qeyd edək ki, 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN məlumat yayıb.

AzPost.az

Post navigation

Previous: Rusiya Azərbaycana nota verib
Next: Probiyotiklər bağırsaq sağlamlığına necə təsir edir?

Oxşar xəbərlər

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.