“Azərbaycan səfirliyinə hücumdan şoka düşmüşük”- ZAXAROVA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsindən şoka düşdüyünü deyib.

Azpost.info xəbər verir ki, o, azərbaycanlı həmkarlarına başsağlığı verib və bildirib ki, hadisə ilə bağlı ətraflı şərh daha sonra dərc olunacaq.

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, – Zaxarova qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.