Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri nələri müzakirə ediblər?- AÇIQLANDI

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyəyə səfəri çərçivəsində Qarsda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akarla üçtərəfli formatda görüş keçirib.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:

“Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, – deyə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.