Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda görüşəcək

25 İyul 2021 - 13:51

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü keçiriləcək.

“Anadolu” agentliyinin məlumatına görə, bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşü olacaq.

Görüşdə Bakı Bəyannaməsi imzalanacaq.