Məşhur aktyor Mayk Mitçell Türkiyədə vəfat edib

Məşhur şotlandiyalı aktyor Mayk Mitçell Türkiyədə Muğlanın Fethiye rayonunda vəfat edib.

Bu barədə türkiyəli jurnalist-yazar Talat Artilla sosial şəbəkədə yazıb.
T .Atilla bildirib ki, “Türkiyənin dostu, “Gladiator” filminin aktyroru, “Körpə Aylan” filmindəki tərəfmüqabili M. Mitçell Fəthiyədə vəfat edib.

M. Mitçellin ürək tutmasından öldüyü ehtimal edilir. Belə ki, 65 yaşlı aktyorun bir yaxta limanında uzun müddət duş kabinəsindən çıxmadığını görən liman müdiri kabinəyə daxil olub və onu yerdə hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə gələn həkim heyəti onun həyatını itirdiyini bildirib.
Faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, “Cəsur Ürək” filmindən tanınan məşhur aktyor, Çanaqqala döyüşünün məlum olmayan hekayələrindən bəhs edən “Dəsmalım kəklikotu qoxusu verir”, eləcə də qanunsuz miqrantlar Suriyadan Yunanıstana köç edərkən Bodrumda qayığın batması nəticəsində ölən 3 yaşlı Aylanın faciəsindən bəhs edən sənədli filmdə də rol alıb. Aktyor Türkiyənin xoşməramlı mədəniyyət və sənət səfiri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda görüşəcək

Sonrakı məqalə

Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub –