Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları hava desant hazırlığı üzrə məşqlər ediblər –

FOTO
14 Sentyabr 2021 - 21:59

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Təlimin planına əsasən, hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.