Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları hava desant hazırlığı üzrə məşqlər ediblər –FOTO

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Təlimin planına əsasən, hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaqub Zurufçunun harada dəfn olunacağı sabah müəyyənləşəcək

Sonrakı məqalə

Sabahdan “Aİ-95” premium və “Aİ-98” super markalı benzin bahalaşır