Azərbaycan və ABŞ müdafiə məhsullarının satışı sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ müdafiə məhsullarının satışı sahəsində əməkdaşlıq edəcək.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında anlaşma memorandumunda deyilir.

Qeyd edilib ki, iştirakçılar Strateji İşçi Qrupunda aşağıdakı üç sahəyə diqqət yönəltmək niyyətindədirlər.

Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar;

Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr;

Müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.