“ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” hesabında paylaşım edilib.
“Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq”, – deyə səfirliyin məlumatında qeyd olunub.