“Azərbaycan və Ermənistan sülh müqaviləsi ilə bağlı ümumi fikrə yaxınlaşıb”- Rusiya XİN

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən danışıqlarda Azərbaycan və Ermənistan və nümayəndələrinin sülh müqaviləsi ilə bağlı ümumi fikrə yaxınlaşdığını bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, hər iki tərəfin yanaşmasını ümumi baxışa yaxınlaşdırmaq mümkün olub”, – Lavrov bildirib.

Lavrov əlavə edib ki, hazırda iki ölkənin XİN rəhbərləri arasında keçirilən görüşün nəticələrini gözləyirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.