Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan və İsrail hökumətlərarası Birgə Komissiyanın iclası keçirilib

User 20 Noyabr 2025 - 21:19 (Last updated: 20 Noyabr 2025 - 21:19)
az israil

İsraildə keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə işbirliyinə dair müzakirələr aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.

İclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf edib. Qeyd olunub ki, Birgə Komissiya əməkdaşlığı daha da dərinləşdirmək üçün mühüm platformadır. İsraillə iqtisadi-ticarət əlaqələri də genişlənir. Ölkələrimiz arasında səmərəli investisiya tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal işbirliyi həyata keçirir ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

İqtisadiyyat naziri Azərbaycanda sərmayədarlar üçün yaradılan imkanlar, birbaşa xarici investisiyaların cəlbi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə məlumat verib.

İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından tədbirin önəmini vurğulayıb. Qeyd olunub ki, Birgə Komissiya çərçivəsində müzakirələr müxtəlif sahələrdə qarşılıqlı faydalı nəticələr əldə olunmasında əhəmiyyət kəsb edir.

İclasda ikitərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə işbirliyinə dair müzakirələr aparılıb.

Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.

AzPost.az

Post navigation

Previous: Şəhid məzarları üzərindəki əşyaları oğurlayan yeniyetmələr saxlanıldı
Next: Ürəyi və qan damarlarını qoruyan yemək hansıdır?

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
Ukraynadakı münaqişə yalnız diplomatik yolla başa çata bilər. ABŞ dövlət katibi Marko Rubio India Today telekanalına müsahibəsində...
Read more about “Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi
İsveç kralı Zelenski ilə əl-ələ görüşmədi – Görüşdə protokol qaydaları pozulub? zelenski kral
  • Dünya

İsveç kralı Zelenski ilə əl-ələ görüşmədi – Görüşdə protokol qaydaları pozulub?

User 22 Oktyabr 2026 - 20:29
Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə bulud sima
  • Maraqlı

Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə

User 22 Oktyabr 2026 - 20:20
Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb pentaqon
  • Dünya

Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb

User 22 Oktyabr 2026 - 20:10
Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb Süni intellekt
  • Maraqlı

Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb

User 22 Oktyabr 2026 - 19:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.