Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb

User 22 Oktyabr 2026 - 19:58 (Last updated: 22 Oktyabr 2026 - 19:58)
Süni intellekt

Süni intellekt

Neyron şəbəkələri hətta çətin oxunan həkim xəttini də tanıya bilir. Lakin dərmanların dozasını və qəbul qaydasını müəyyənləşdirərkən təhlükəli səhvlərə yol verə bilər.

Bu barədə ekspert Vladimir Zıkov RT nəşrinə danışıb.

Onun sözlərinə görə, mütəxəssislər ChatGPT, Gemini və Grok süni intellekt sistemlərinə Rusiyada yazılmış doqquz real, əlyazma reseptini oxumağı təklif edərək eksperiment keçiriblər. Süni intellekt dərmanların adlarını, demək olar ki, səhvsiz müəyyənləşdirib. Lakin reseptlərdəki digər göstərişləri oxuyarkən ciddi yanlışlıqlar ortaya çıxıb.

“Reseptlərin birində, məsələn, 2,16 min tablet göstərilmişdi. Lakin neyron şəbəkələrindən biri bunu 216 tablet, digəri isə ümumiyyətlə 60 tablet kimi oxudu. Başqa bir halda isə süni intellekt gecə iki tablet qəbul etmək əvəzinə, gündə üç dəfə bir tablet içməyi təklif etdi”, – deyə Zıkov bildirib.

Analitik qeyd edib ki, neyron şəbəkələri əlavə göstərişləri də nəzərdən qaçırıb, həkimlərin soyadlarını qarışdırıb və bəzən oxunmayan mətn hissələrini özbaşına tamamlayıb. Zıkovun sözlərinə görə, əsas təhlükə ondadır ki, süni intellektin cavabları səhv olsa belə, inandırıcı görünə bilər. Neyron şəbəkəsi anlaşılmayan sözləri kontekstə əsasən bərpa etməyə çalışır və nəticəyə əmin olmadıqda istifadəçini həmişə xəbərdar etmir.

Buna görə də tibbi təyinatların və reseptlərin oxunmasını tamamilə süni intellektə etibar etmək olmaz.

AzPost.az

Post navigation

Previous: Telefondan istifadə edən yeniyetmələr 64 dəqiqə gec yuxuya gedir – Alimlərdən xəbərdarlıq
Next: Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb

Oxşar xəbərlər

bulud sima
  • Maraqlı

Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə

User 22 Oktyabr 2026 - 20:20
telefon yeniyetme
  • Maraqlı

Telefondan istifadə edən yeniyetmələr 64 dəqiqə gec yuxuya gedir – Alimlərdən xəbərdarlıq

User 22 Oktyabr 2026 - 19:44
komp is yeri
  • Maraqlı

İşinizdən bezmisiniz? – İşdən çıxmaq vaxtının çatdığını göstərən 5 əlamət

User 22 Oktyabr 2026 - 18:26

xƏBƏR

rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
Ukraynadakı münaqişə yalnız diplomatik yolla başa çata bilər. ABŞ dövlət katibi Marko Rubio India Today telekanalına müsahibəsində...
Read more about “Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi
İsveç kralı Zelenski ilə əl-ələ görüşmədi – Görüşdə protokol qaydaları pozulub? zelenski kral
  • Dünya

İsveç kralı Zelenski ilə əl-ələ görüşmədi – Görüşdə protokol qaydaları pozulub?

User 22 Oktyabr 2026 - 20:29
Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə bulud sima
  • Maraqlı

Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə

User 22 Oktyabr 2026 - 20:20
Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb pentaqon
  • Dünya

Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb

User 22 Oktyabr 2026 - 20:10
Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb Süni intellekt
  • Maraqlı

Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb

User 22 Oktyabr 2026 - 19:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.