Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları görüşü keçirilib-YENİLƏNİB

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

 

BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib.

APA xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı qeyd edib: “Bu, həqiqətən də belədir. Onu (BAM-red.) təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər”.

**

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü başlayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.