Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb- Kreml

Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb”, – deyə Kremlin sözçüsü vurğulayıb(apa).

Əvvəlki məqalə

Xalq yazıçısı Elçin əməliyyat edilib

Sonrakı məqalə

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları görüşü keçirilib