Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin “Twitter“ səhifəsində paylaşım edilib.
“Gürcüstanın Milli Günü münasibətilə Gürcüstan hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Strateji əlaqələrimizi daha da gücləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək, Gürcüstan!”,- deyə paylaşımda bildirilib.