Yanvarda 513 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.
Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 822 min dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 1,7 milyon dollar olmaqla 1361 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.