Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Azərbaycana 8 milyon həşərat gətirilib –

User 12 İyun 2025 - 18:37 (Last updated: 12 İyun 2025 - 18:37)
heserat

Azərbaycana bu il milyonlarla həşərat idxal olunub.

Sözün həqiqi mənasında milyonlarla. Rəsmi məlumatlara görə, ölkəyə 8 milyon 509 mindən çox həşərat gətirilib və bu rəqəm istər adi vətəndaşlarda, istərsə də ekspertlər arasında ciddi maraq doğurub.

Ən maraqlısı isə odur ki, idxalın təxminən 95 faizi Rusiyanın payına düşür. Bu “həşərat ticarəti”nə Mərakeş və Belçika da az töhfə verməyib.

Bəs bu qədər həşərat ölkəyə nə üçün gətirilib?

Milli.az xəbər verir ki, məsələ ilə bağlı zooloq Barat Əhmədov bildirib ki, bu müxtəlif məqsədlərə görə istifadə oluna bilər:

“Məsələn, fermerlər üçün məhsullarını zərərvericilərdən qorumaq üçün bioloji məqsədlərə görə istifadə edə bilərlər. Digər versiya isə istixanalarda yetişdirilən bitkilərin tozlandırılması üçün istifadə oluna bilər. Tozlanma nə qədər yüksək olarsa, mayalanma da o qədər effektiv ola bilər”.

Qərbi Afrika, Çin və Yaponiya kimi ölkələrdə həşəratların yemək menyusunda yer alması artıq uzun illərin təcrübəsidir.

Bəs görəsən Azərbaycanda da “həşərat mətbəxi” dövrü başlayıb?

Məsələ ilə bağlı AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur:

“Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur”.

Bəs bu qədər həşaratları ölkəyə gətirən kimdir? 

Sualımıza cavab olaraq Gömrük Komitəsindən bildirildi ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev Britaniya Baş nazirinə başsağlığı verib
Next: Dövlət qurumlarına gül-çiçək satan Arzu İsmayılova kimdir?

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.