2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 317.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 144.5 milyon manat, banklardan xaricə köçürmələr isə 29.6% və ya 36.7 milyon manat azalıb.