“Azərbaycana yaşlı, xəstə şəxlər və körpə uşaqlılar daha əvvəl göndərilir”- Türkiyədəki səfirlik

“Hər gün səfirliyin “Qaynar xətt” nömrələrinə minlərlə zəng olur. Azərbayana getmək istəyənlərlə bağlı hər dəqiqə siyahı artır”. 

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfriliyindən bildirilib.

Səfirilyin məlumatında qeyd edilib ki,  “Qaynar xətt” nömrələrinə zəng edənlər siyahıya alınır, amma çarter uçuşlar zamanı əlində təyyarə bileti olanlar, yaşlı, xəstə və körpə uşaqlılar daha əvəl göndərilir”.

Səfrilikdən bildirilib ki, müraciət edən  tələbələrin ad-soyadı,  telefon nömrələrinin siyahıya alınması Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən icra olunur, siyahı Azərbaycan Təhsil Nazirliyinə göndərilir və müzakirə olunduqdan sonra Azərbayacana göndərilməsi ən zəruri olan tələbələr siyahıda ön sırada yer alır”.

Qeyd edək ki, Türk Hava Yollarının rəhbərliyi  martın 27-dən Türkiyədən uçuşların yalnız 5 şəhərə (Honk Konq, Moskva, Nyu York, Vaşinqton və Əddis Əbəbə) mümkün olacağını  açıqlayıb.

Səfrilikdən bildirilib ki, Azərbaycana olan çarter uçuşları rəsmi Bakı tərəfindən müəyyən edildiyinə görə bu məsələnin THY ilə əlaqəsi yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat vəsait köçürüb