Azərbaycanda 18 yaşına qədər olan 3 nəfər koronavirusa yoluxub

23 Mart 2020 - 22:12

“18 yaşına qədər olan 3 nəfər koronavirusa yoluxub”.

Bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov  bildirib. V.Qasımov deyib ki, həmin uşaqların səhhətinə ciddi problem yoxdur, yaxın günlərdə evə buraxılacaqlar.