Azərbaycanda 30 ilə yaxındır icra başçısı olan kimdir? – 

Ölkədə uzun illərdir işləyən rayon rəhbərləri
24 Fevral 2020 - 12:14

Azərbaycanda hazırki vəzifədə ən uzun müddət çalışan rayon icra hakimiyyətinin başçıları məlum olub.

Hazırda bu vəzifədə uzun müddət çalışan icri başçısı Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovdur. Qarabağ müharibəsi iştirakçısı olan E.Hüseynov bu vəzifəni 1992-ci ildən tutur.

Qubadlı rayonu icra başçısı Malik İsaqov bu vəzifəni 2001-ci ildən tutur.

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev bu vəzifəni 2005-ci ildən tutur.

Göyçay rayon icra başçısı Arif Seyidov bu vəzifəni 2006-cı ildən tutur.

Lerik rayon icra başçısı Rövşən Bağırov, Qusar rayon tcra başçısı şair Alxasov və Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev bu vəzifəni 2007-ci ildən tuturlar.