Azərbaycanda 615 min uşaq müavinət alır –NAZİRLİK

Bu gün Azərbaycanda 615 min uşaq müavinət alır.

Azpost.info bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatında bildirilib.

“18 yaşadək əlilliyi olan şəxslər, ailə başçısını itirən, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan uşaqlar aylıq sosial ödənişlə təmin edilir. Uşağın anadan olmasına görə isə birdəfəlik müavinət ödənilir”-deyə Nazirlidən bildirilib.

Nazirliyin açıqlamasında deyilir ki, ötən dövrdə bu ödənişlərin artırılması təmin olunub: “Xüsusilə son beş ildə ölkəmizdə reallaşdırılan dörd sosial islahat paketi nəticəsində müavinət və təqaüdlər üzrə ödənişlərdə beş dəfə artım baş verib”.

Azpost.info

Əvvəlki məqalə

Avtomobil nəqliyyatı ilə 647 milyondan çox sərnişin daşınıb

Sonrakı məqalə

Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb –