Azərbaycanda bərbərxana və gözəllik salonlarında onlayn növbə sistemi tətbiq olunur

Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Sənəddə qeyd olunub ki, bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir