Azərbaycanda benzin yenidən ucuzlaşacaq –

Bu gecə qərar açıqlanacaq
30 Aprel 2020 - 22:50

Bu gecə saat 00:00-dan etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşacaq.

“Report”un əldə etdiyi məlumata görə, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olacaq.

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.