Koronavirusu neytrallaşdıran ilk antikorlar yaradıldı

Lamadan alınan antikorlar COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusunu blok edə bilir.

“Report” xəbər verir ki, beynəlxalq alimlər qrupu belə bir nəticəyə gəlib. Onların araşdırmalarının nəticəsi “Cell” jurnalında dərc edilib.

Koronavirus insan bədəninə nüfuz edərək sağlam hüceyrələrə daxil olmaq üçün xüsusi proteindən istifadə edir. Alimlər bunun qarşısını ala biləcək vasitə yaradıb.

Belə ki, onlar lamaların bədənində istehsal olunan iki növ antikoru birləşdiriblər. Nəticə koronavirusa tab gətirə biləcək vasitə əldə olunub. Qeyd olunub ki, bu, SARS-CoV-2 virusunu neytrallaşdıran ilk antikorlardan biridir.

Testlər zamanı məlum olub ki, bu antikorlar insan orqanizminə peyvənd kimi daxil edilməlidir. Əgər, infeksiyaya yoluxmadan bir ay əvvəl edilsə, dərmanın effektivliyi özünü göstərir. Bundan əlavə, yoluxmuş xəstələrdə ağırlaşmaların qarşısını almaq üçün dərman kimi istifadə edilə bilər.

Alimlər hesab edirlər ki, lamalardan əldə edilən antikorlar əhalinin ən həssas qruplarını – pensiyaçılar və xroniki xəstəliklərdən əziyyət çəkən insanları koronavirusdan qorumaq üçün istifadə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda benzin yenidən ucuzlaşacaq –

Sonrakı məqalə

Koronavirusa yoluxmuş Baş Nazir Putinlə sonuncu dəfə nə vaxt görüşüb? –