Azərbaycanda bu il valyuta hərraclarında 6.6 milyard dollar satılıb

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 87 valyuta hərracında 6 milyard 603.87 milyon ABŞ dolları satılıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-noyabr ayları ərzində keçirilən valyuta hərraclarında 3 milyard 274.73 milyon ABŞ dolları satılmışdı.

Cari ilin noyabr ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 487.1 milyon dollar təşkil edib.

Əvvəlki məqalə

Gürcüstanda azərbaycanlılar arasında kütləvi bıçaqlanma

Sonrakı məqalə

500 xarici QHT COP29-da “Baku dönüşü” ilə əlaqədar birgə bəyanat yayıb