Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub –50 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan  verilən məlumata görə, Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir