Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlanıb

- Qərargah məlumat yaydı
13 Mart 2020 - 14:55

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahı məlumat yayıb.

Qərargahdan APA-ya verilən məlumata görə, İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.