YAP-çı deputat Seçki Məcəlləsinin dəyişdirilməsini təklif etdi

“Seçki Məcəlləsinə yenidən baxılmalıdır”.

Azpost.info modern.az-a istinadən bildirir ki, bunu bu gün Milli Məclisin plenar iclasında qanunvericilik işlər planının müzakirəsi zamanı YAP-çı deputat Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı deyib ki, seçkilər yeni başa çatıb: “9 fevral seçkilərində bir sıra namizədlər bütün qanunları pozaraq, hər yerdə videoçəkilişlər etmək istəyirdilər. Seçki günü namizədin heç bir hüquqi olmur. Amma seçkilərdə monoloq söyləyən, seçki qutusunun üstündə oturan namizədlər gördük”.

M. İbrahimqızı qeyd edib ki, onlara seçicilərlə ayda 2 dəfə görüşlər keçirilməsi tövsiyə edilib: “Təklif edirəm ki, seçicilərlə görüşlərimiz, Milli Məclisin iclasları və komitələrdə keçirilən iclaslarla üst-üstə düşməsin. Deputatlar həm seçicilərlə görüşdə, həm də Milli Məclisin və komitələrin iclaslarında iştirak edə bilsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

UEFA avrokubokları dayandırdı

Sonrakı məqalə

Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlanıb