Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilir

19 İyun 2020 - 14:40

“Telekomnukasiya haqqında” qanuna dəyişiklik təklif edilir.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunur.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.