“Elektron qolbaqlara xidmət etmək vəzifəsini həmin məhkumun üzərinə qoymaq məsələsi anlaşılmazdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, qanun layihəsində elektron nəzarət vasitəsinə xidmət etmək vətəndaşın öhdəliyi kimi göstərilir: “O bu cihaz xarab etsə, necə təmir etdirəcək? Bunu dövlət qurumu özü həll etməlidir”.
Deputat Kamal Cəfərov isə bildirib ki, cihaza aidiyyəti qurum nəzarət edəcək ki, cihaz vətəndaşa veriləndə tam işlək vəziyyətdə olsun.