Azərbaycanda indiyədək 24 570 nəfərdə COVID-19 aşkarlanıb, 313 nəfər vəfat edib

13 İyul 2020 - 16:50

Azərbaycanda indiyədək ümumilikdə 24 570 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.