Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlanıb-Ən çox harada çalışırlar?

2025-ci ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2067 nəfər olub.

AzPost bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Onlardan 41,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 8,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,6 faizi mədənçıxarma sənayesində, 5,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 22,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2025-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135,8 saat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.