Azərbaycanda koronavirusa yoluxanların sayı nə qədərdir? –23 nəfərin vəziyyəti ağırdır, 4 nəfər ölüb (OPERATİV QƏRARGAH)

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 163 nəfərdir, onlardan 17 pasiyentin vəziyyəti orta ağır, 23 isə ağırdır.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatında deyilir. 28 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 182-dir və koronavirusdan 4 ölüm faktı qeydə alınıb. 15 nəfər sağalıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir