Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Azərbaycanda özünə ad günü keçirən iş adamının evi qarət edildi

Orkhan Ali 27 May 2025 - 19:04 (Last updated: 27 May 2025 - 17:30)
oğurluq

oğurluq

Azərbaycanda özünə ad günü keçirən iş adamının evi qarət edildi.
Naftalanda sahibkarın mənzili qarət edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə sahibkarın ad günü məclisi zamanı baş verib.
İş adamı İlkanə Əmiraslanova Goranboy rayonu, Tapqaraqoyunlu kəndində ailəsinə məxsus restoranda özünə ad günü ziyafəti təşkil edib.
Bu fürsətdən istifadə edən kənd sakini Arif Vəliyev əvvəldən tanıdığı, İlkanənin xalası oğlu Elvin Əliyevlə cinayət əlaqəsinə girərək qadının mənzilini qarət etmək qərarına gəlib.
O, bu məqsədlə Elvinə zəng edərək İlkanənin maşınından onun mənzilinin açarını oğurlamağı tapşırıb. Ad günü məclisində olan Elvin buna razılıq verib və İlkanənin idarə etdiyi “Range Rover” markalı avtomobildən mənzilin açarlarını götürüb Arifə verib. Arif isə Hikmət adlı tanışının avtomobili ilə sahibkarın ünvanına gedərək mənzilə daxil olub, evdən 60 min manat və 50 min manatlıq qızıl-zinət əşyaları götürüb. O, Hikmətə 2000 manat verib və Gəncə Hava Limanına yollanıb. Arif hava limanından dərhal bilet alaraq Rusiyaya gedib.
Ad günü məclisinin sonunda İlkanə evinin açarlarını tapa bilmədiyi üçün qonşunun evinin balkonundan öz evinə daxil olanda mənzilinin qarət olunduğunu görüb polisə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən Elvin və Hikmət saxlanılıb.
Məhkəmənin hökmü ilə Hikmət 4 il 8 ay, Elvin isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Elvinə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.

AzPost.az

Post navigation

Previous: Prezident: May ayı bundan sonra bayram ayı olacaq
Next: Rusiya məhkəməsi azərbaycanlı bloqerin şikayətini təmin etməyib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.