Azərbaycanda son sutkada 377 yeni yoluxma faktı qeydə alınıb –

1 318 nəfər müalicə olunaraq sağalıb
15 May 2021 - 17:24

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 329 371 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib, aktiv xəstə sayı 10 825 nəfərdir.