Azərbaycanda son sutkada 57 nəfər koronavirusa yoluxub –273 nəfər COVID-19-dan sağalıb, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir