Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 335741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329959 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7728, ötən müddət ərzində isə ümumilikdə 3713779 test aparılıb.