Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb

25 Noyabr 2021 - 12:46

Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır: “Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavriat, 10851-i magistratura, 34392 nəfəri subbakalavriat üzrə təhsil alır. Bunlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Həmin tələbələrin 40465 nəfəri bakalavriat, 5426 nəfəri magistratura, 10317 nəfəri isə subbakalavriat üzrə təhsil alır”.