Təhsil tələbə kreditindən hansı tələbələrin yararlanacağı açıqlanıb

“Təhsil tələbə krediti bir çox insanın təhsil almaq imkanını artırır. Digər məqsəd sosial çətinliklərin aradan qaldırılmasıdır”.

Təhsil Tələbə Krediti ilə bağlı keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə veriləcək. Akademik borcu olanlar bundan yararlana bilməyəcək. TTK sığortalanır, banklar vasitəsilə manatla veriləcək. Kredit sistemi Azərbaycan vətəndaşlarına verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə biləcək”.

Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər: “Azərbaycanda təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400-10000 manat aralığında dəyişir. Aktuar hesablamaların nəticəsi nəzərə alınaraq, TTK Fondunun himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə faizləri təsdiq edib. Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanın paytaxtında sutka ərzində yağan qar bir aylıq normaya bərabərdir

Sonrakı məqalə

Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb