Azərbaycanda turizm bələdçiləri üçün yeni tələb müəyyənləşir.
APA-nın məlumatın görə, bu, “Turizm haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə turizm bələdçiləri üçün turizm bələdçiliyi sertifikatı məcburi olacaq.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.