Azərbaycanda xarici dövlət borcunun yuxarı həddi 10 mlrd. dollar müəyyən edilib.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilətəsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun məcmu məbləğinin 10 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib.
Bildirilib ki, müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici vədaxili) ümumi məbləği 30 milyard manat səviyyəsinə dək və ya ÜDM-in 23 faizinə çatacağı proqnozlaşdırılır. Həmin dövrdə xarici dövlət borcunun 9 milyard manat vəya ÜDM-in 7 faizi həcmində, daxili dövlət borcunun isə 21 milyard manat və ya ÜDM-in 16 faizi həcmində olacağı gözlənilir. Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici vədaxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı, ÜDM-in 23 faizdən aşağı olacağı gözlənilir.