Azərbaycanda yeni magistr proqramı yaradılacaq

Bu gün Təhsil Nazirliyi və BP şirkəti arasında bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar üzrə yerli mütəxəssislərin hazırlanması üçün mühüm təhsil layihəsinin reallaşdırılması nəzərdə tutulur: “Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq. Bərpa olunan enerji sahəsi üzrə mütəxəssislərin hazırlanması ölkəmizin Milli Prioritetlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir