Azərbaycandan Gürcüstana gedən turistin çayda batdığı ehtimal edilir

10 Mart 2020 - 12:50

Gürcüstanın Kutaisi şəhərində martın 7-də itkin düşən Niderland vətəndaşı Siem Viqerin axtarışları hələ nəticə verməyib.

“Report”un yerli bürosu xəbər verir ki, 23 yaşlı gəncin axtarışları Rioni çayında davam etdirilir.

Videoyazılara əsasən, itkin düşən əcnəbi Rioni sahilində olub və onun çayda batdığı ehtimal edilir.

S.Viqerin ailə üzvləri də Kutaisiyə gəlib.

Qeyd edək ki, S.Viqer və qardaşının olduğu turist qrupu Gürcüstana Azərbaycandan gedib. Gənclər Kutaisidən digər ölkəyə səfər etməyi planlaşdırırdılar.