“Azərbaycandan qaz alsaq yaxşı olar” –Ermənistan parlamentinin spikeri 

“Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyandeyib.

“Düşünürəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, – o bildirib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Ermənistanın Azərbaycan qazını ala biləcəyini istisna etməyib: “Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial olaraq, xüsusən də Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı”.

Bununla belə, o hesab edir ki, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.